image-n1karobka_ads
image-123
image-fotobackend

Ukrayna ordusu Rusiyadakı obyektlərə PUA hücumu təşkil edib

Ukrayna ordusu Rusiyada yerləşən obyektlərə qarşı növbəti dəfə pilotsuz uçuş aparatları ilə hücuma cəhd göstərib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-lar Bryansk və Kursk vilayətləri səmalarında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulublar.

Kursk vilayətinin qubernatoru Roman Starovoyt bildirib ki, Karl Marks küçəsində yerləşən çoxmənzilli evə PUA-nın qalıqları düşüb və nəticədə bir neçə mərtəbədə pəncərələr sınıb.

“Yanğın baş verməyib, sakinlərdən heç kim xəsarət almayıb”, – deyə qubernator bildirib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki