image-n1karobka_ads
image-123
image-68397c95ae5ac973a37cf9c6backend

Ukrayna Rusiya ilə İstanbulda görüşməyə hazır olduğunu bildirir

Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Ukrayna tərəfinin Rusiya ilə iyunun 2-də İstanbulda keçiriləcək görüşdə iştirak etməyə hazır olduğunu açıqlayıb.

Bu barədə “France Info” AFP-nin məlumatlarına istinadən yazır.

“Ancaq biz konstruktiv müzakirə istəyirik” dedi Yermak.

Moskva və Kiyev arasında danışıqların ikinci raundunun iyunun 2-də İstanbulda baş tutacağı gözlənilir . Rusiya öz nümayəndə heyətinin eyni tərkibini saxlayacaq.

Rusiya artıq birbaşa Rusiya-Ukrayna danışıqlarının növbəti raundu üçün konkret təkliflərin hazırlanması barədə ABŞ-ı məlumatlandırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki