image-2000x150px
image-123
image-ads_atlas
image-deti-pogibshie-780x470backend

Ukraynada müharibə zamanı həlak olan uşaqların sayı açıqlandı 

image-728x90px

“Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1 350-dən çox uşaq xəsarət alıb”.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edilir ki, genişmiqyaslı işğal başlanandan Ukraynada 456 uşaq həlak olub, 897 uşaq müxtəlif dərəcəli xəsarət alıb.

“Donetsk vilayətində – 429, Xarkovda – 269, Kiyevdə – 117, Zaporojyedə – 84, Xersonda – 83, Nikolayevdə – 82, Çerniqovda – 68, Luqanskda – 66, Dnepropetrovskda 57 azyaşlı müharibədən zərər çəkib”, – deyə məlumatda qeyd edilib.

Həmçinin bildirilir ki, bu rəqəmlər yekun deyil, çünki onların aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti ələ keçirilən və azad edilmiş ərazilərdə müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Rusiya qoşunlarının həyata keçirdiyi bombardmanlar nəticəsində ümumilikdə 3 126 təhsil müəssisəsi zərər görüb, onlardan 337-si tamamilə məhv edilib.

Ukraynada 330-dan çox uşaq itkin düşmüşlər siyahısındadır.

 

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki