image-n1karobka_ads
image-123
image-20221004_gaf_rm67_001-pic_32ratio_1200x800-1200x800-61850backend

Ukraynanın Poltava vilayətində partlayışlar baş verib

Ukraynanın Poltava vilayətinin ərazisində bir neçə partlayış baş verib. Bu barədə yerli “Zerkalo Nedeli” nəşri məlumat yayıb.

Əldə edilən məlumata görə, partlayışlar Mirqorod şəhərində baş verib. Bununla belə, hazırda ərazidə və bölgədəki vəziyyətlə bağlı digər təfərrüatlar açıqlanmır.

Əhalinin xəbərdar edilməsi üçün onlayn xəritəyə əsasən, saat 13:45-də (Moskva vaxtı ilə üst-üstə düşür) Poltava vilayətində hava hücumu sirenləri işə düşüb. Xüsusi rejim bölgədə saat 14:19-a qədər (Moskva vaxtı ilə üst-üstə düşür) fəaliyyətini davam etdirib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki