image-n1karobka_ads
image-123
image-fb_img_1747000325816backend

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub – FOTO

Azərbaycan xalqının Ümummilli Lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Lerik rayonunda təntənə ilə qeyd olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri əvvəlcə ulu öndərin Lerik şəhərindəki abidəsini ziyarət ediblər. Onlar abidə önünə gül dəstələri düzüb, Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər.

Gün ərzində rayon sakinləri də xalqımızın dahi oğlu Heydər Əliyevin abidəsini ziyarət edərək, tər çiçəklər təqdim edib, ona olan sonsuz ehtiramlarını ifadə ediblər.

DOĞRU.AZ

image-fb_img_1747000328683 image-fb_img_1747000331785 image-fb_img_1747000335375

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki