Avropa Komissiyasının sədri Ursula fon der Leyen sentyabrın 10-da, çərşənbə günü Strasburqda keçiriləcək Avropa Parlamenti sessiyasında Avropa İttifaqındakı işlərin vəziyyəti ilə bağlı çıxış edəcək.
Doğru.az xəbər verir ki, “Expresso” nəşrinin məlumatına görə, çıxışda Rusiya ilə qarşıdurma, Çinlə münasibətlər və ABŞ-dan asılılıq kimi mühüm məsələlərin gündəmə gələcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl “Politico” Avropa Parlamentində Ursula fon der Leyenə etimadsızlıq səsverməsi təklif olunduğunu yazmışdı.
DOĞRU.AZ