image-n1karobka_ads
image-123
image-68db96ffae5ac95935172faebackend

Ursula fon der Leyen Trampın Qəzza planını alqışladı

image-ad_qayo_720x110px

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli planını müsbət qiymətləndirib.

Doğru.az xəbər verir ki, o, sosial media hesabında yazıb:
“Prezident Trampın Qəzzada müharibəyə son qoymaq öhdəliyini alqışlayırıq. Bütün tərəfləri bu fürsətdən istifadə etməyə çağırırıq”.

Fon der Leyen qeyd edib ki, Avropa İttifaqı üzərinə düşəni etməyə hazırdır. Onun sözlərinə görə, Qəzzada döyüşlər əhaliyə təcili humanitar yardım göstərilməsi və bütün girovların azad olunması ilə dayandırılmalıdır.

Xatırladaq ki, bundan əvvəl Ağ Ev Trampın Qəzza ilə bağlı 20 bəndlik planını açıqlamışdı. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff isə bəyan edib ki, bu planın həyata keçirilməsi Ukrayna böhranının həllinə də töhfə verəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki