Koronavirus insanlara uyğunlaşdı, lakin hələ də mutasiyaya davam edir.
Bunu ÜST-ün Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuinoviç deyib.
Onun sözlərinə görə, COVID-19 varlığını davam etdirmək üçün mutasiyaya uğrayır.
“Avropa və Mərkəzi Asiyada qışın başlaması ilə koronavirusla birlikdə digər tənəffüs yollarının patogenləri də dolaşmağa başladı. COVID-19 hələ də geniş yayılıb və ağır xəstəliklərə səbəb olmaqda davam edir”, – Vujnoviç qeyd edib.
O qeyd etdi ki, xəstəxanaya yerləşdirilmə məlumatını ÜST-ə bildirən ölkələrin təxminən yarısı, xüsusən Finlandiya, İtaliya və Slovakiyada artan tendensiyaları göstərir.
“Bu, hələ də həyatımıza ziyan vurur” dedi Vujnoviç.
Mənbə: Sputnik