image-2020-04-24-11-30-39a1backend

Uydurma “erməni soyqırımı” iddiaları əsassız, yalan və saxtadır

Tarixdən məlumdur ki, “erməni soyqırımı” Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlib. Böyük dövlətlər özlərinin işğalçılıq siyasətini həyata keçirmək məqsədilə ermənilərdən bir vasitə kimi istifadə ediblər. Şərq məsələsinin kökündə isə Osmanlı İmperiyasının torpaqlarının bölüşdürülməsi, Türkiyənin bir dövlət kimi məhv edilməsi, onun torpaqları hesabına bufer dövlətlərin yaradılması dayanırdı. Habelə, həmin məsələ Şərq xalqlarına qarşı böyük dövlətlərin işğalçılıq planlarının təzahürü idi. Ermənilər tarixi faktları zaman-zaman saxtalaşdırıblar. Məqam düşəndə də qırğınları törədən xain, nankor daşnaklar olublar. Ermənilərin Bakı, Şamaxı, Quba və digər bölgələrimizdə törətdikləri qırğınları, talanları bu gün tarixi faktlar, sənədlər də sübut edir. Tarixi faktları Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində açıq-aydın görmək mümkündür.

Qondarma “erməni soyqırımı” iddiası tarixi həqiqətdən uzaq olsa da, ermənilər niyə hələ də böhtan kompaniyalarından əl çəkmirlər? Bu sualın cavabı ABŞ-dakı erməni liderlərindən biri Ross Vartanyanın fikirlərində aydın görünür. “Soyqırımı layihəsi qəbul edilsəydi, bunu əldə rəhbər tutub, Türkiyədən əvvəlcə təzminat, sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi Anadoluda erməni dövlətinin qurulması üçün torpaq tələb edərdik”. Deməli, daşnaklar “böyük Ermənistan” ideyasından hələ də əl çəkməyiblər, avanturist məqsədlərini həyata keçirmək üçün böhtançı və uydurma “erməni soyqırımı”na istinad edirlər. Uydurma “erməni soyqırımı” iddiaları əsassız, yalan və böhtan olduğu tarixi faktlarla təsdiqlənib. Bu ideyaları ifşa edən yeni-yeni faktlar ortaya çıxır.

Bir sözlə, erməni məsələsi, “erməni soyqırımı” ayrı-ayrı vaxtlarda iri dünya dövlətlərinin ermənilərdən Türkiyəyə və digər müsəlman xalqlarına qarşı bir vasitə, alət kimi istifadə etmələrindən törəyən cılız bir siyasətin təzahürüdür. Hazırda Türkiyə dövlətinin dünyada durmadan artan iqtisadi qüdrəti, türk dövlətlərinin yüksələn nüfuzu bəzi dövlətləri narahat edir və ona görə də oyuncaq erməni “dövləti”nin onların əlində sözün həqiqi mənasında oyuncağa çevrilməsi başa düşüləndir.

Fikrimizi alman tarixçi- şərqşünas Erix Fayqlın sözləri ilə davam etdirmək olar. O, “Soyqırımı haqqında əfsanə” adlı əsərində haqlı olaraq belə bir nəticəyə gəlir ki, “Özünün bütün tarixi boyu Şərqi Anadolu ərazilərindəki erməni icmaları heç vaxt satraplıqdan və yarımmüstəqil knyazlıqdan yuxarı qalxa bilməmişlər”.

Əgər Qərbin hakim dairələrini bu gün və sabah “erməni məsələsi” belə narahat edirsə, onlar ermənilərin daha çox kampakt yaşadığı Kaliforniya Ştatında, Rusiya Federasiyasının Şimali Qafqaz vilayətlərində ermənilərin yaşadıqları ərazilərdə onların öz müqəddəratını təyin etmələri qayğısına qalmağı düşünürlərmi?

Qeyd etdiklərimizdən nəticə çıxararaq deyə bilərik ki, Türkiyədə 1915-ci ildə “erməni soyqırımı” deyilən hadisə heç vaxt olmayıb. Bu, türk dünyasının artan iqtisadi qüdrəti və beynəlxalq nüfuzuna, türk soyuna iri dünya dövlətlərinin qısqanc münasibətinin, qərəzli yanaşmasının təzahüründən, erməni uydurmasından başqa bir şey deyildir!

İndi isə keçək yeni olanlara.

Son 2 gündə gündəmdə olan xəbərlərdən məlum oldu ki, ABŞ Prezidenti Co Bayden qondarma “erməni soyqırımı”nı tanıdı. Əslində qondarma “erməni soyqırımı”nı tanımaqla çox ciddi və tarixi səhvə yol verdi.

Türkiyənin, habelə Azərbaycanın “erməni soyqırım” ilə bağlı mövqeyi bəlli və aydındır. Ermənilərin 1915-ci ildə Osmanlı Türkiyəsində yaşanmış olaylarla bağlı “soyqırıma məruz qalmaq” ifadəsini şüara çevirmələri yolverilməzdir, tarixi təhrif etməkdir və yalandır.

Bununla yanaşı söyləmək olar ki, əgər dünyada ölkələrin soyqırım indeksi hazırlansa, bu siyahıda ABŞ şübhəsiz birinci yerdə olardı. Nəticə etibarilə Co Bayden sələflərindən fərqli olaraq, bugünkü müraciətində “soyqırım” ifadəsini işlətsə, bu, rəsmi Ankaraya və onun əsl dost müttəfiqlərinə də hindu soyqrımını tanımağa imkan verəcək”.

Ermənilərin Anadoluda üsyanları, türk kəndlərinə hücumları Osmanlını cavab tədbirləri almağa vadar etdi. Üsyanlarda iştirak edən, 2 milyona yaxın türkü qətlə yetirən ermənilər Yaxın Şərqə sürgün edildi. Onu da qeyd edim ki, ermənilərin sürgün edildiyi ərazilər yenə Osmanlı üçün önəmli sayılacaq Beyrut, Qüds, Bağdad, Bəsrə və s. ərazilər idi. Bütün bu reallıqlar fonunda sual yaranır. Bu gün “erməni soyqırımı”nı tanıyan və tanımaq istəyən ölkələr özləri bu hallarla üzləşsə, nə edərdi?”

Bu suala cavabı növbəti yazılarımızda verəcəyik…

Elcan Məmiyev/ DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki