ABŞ prezidenti Donald Tramp devrilmiş milli təhlükəsizlik müşaviri Mayk Valsın İsrailin baş naziri Binyamin Netanyahu ilə yaxın əlaqələri və İranla bağlı mövqeyindən narazılığını bildirib.
Bu məlumatı şənbə günü, mayın 3-də Amerikanın “The Washington Post” qəzeti mənbələrə istinadən yazıb.
Nəşr qeyd edir ki, Vals fevralın əvvəlində İsrail baş nazirinin ABŞ-a səfərindən sonra Trampı məyus edib.
Məqalədə deyilir: “Görünür, Vals İsrail lideri ilə Trampın görüşü ərəfəsində Netanyahu ilə İrana qarşı mümkün hərbi əməliyyatlar barədə yaxın təmasda idi”.
Daha əvvəl Politico xəbər vermişdi ki, milli təhlükəsizlik müşaviri vəzifəsini icra edən Marko Rubio bu vəzifədə altı ay qala bilər.
DOĞRU.AZ