image-2000x150px
image-123
image-ads_atlas
image-11111backend

Vətən müharibəsi iştirakçısı işlə təmin olunub

image-728x90px

Vətən müharibəsinin fəal iştirakçısı Dadaşov Ramazan Natiq oğlu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan regional idarəsinin Astara rayonu üzrə Baş mütəxəssis-abidə mühafizəçisi vəzifəsinə işə qəbul edilib.

Bununla əlaqədar Dövlət Xidmətinin rəisi Azad Cəfərli qəhrəman döyüşçümüzü qəbul edib. Ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ramazan Dadaşov ikinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, ilin əvvəlindən bu günə kimi 26 nəfər müharibə iştirakçısı və ya onların ailə üzvü olan şəxslər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrə işə qəbul edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki