image-2000x150px
image-123
image-ads_atlas
image-bustbackend

Vətən Müharibəsi Qəhrəmanının büstü hazırlandı – FOTO

image-728x90px

Vətən Müharibəsi Qəhrəmanı Amid Rəbbil oğlu Heydərovun büstü hazırlanıb.

Büstün müəllifi Rahib Qarayev əsərinin fotolarını sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Amid Heydərov 1988-ci ildə Lerikdə anadan olub. Mayor A.Heydərov oktyabrın 3-də Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Şəhid zabitimizə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Bundan başqa o, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatırladaq ki, heykəltaraş R.Qarayev Azərbaycan Rəssamlıq Akademiyasının müəllimidir. O, bundan öncə Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin müəlliflərindən biri olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki