image-2000x150px
image-123
image-ads_atlas
image-17181945056349428297_1200x630-1backend

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri Türkiyədə səfərdədir – FOTO

image-728x90px

Türkiyəyə səfər edən Vətən müharibəsi şəhidlərinin doğmaları və yaxınlarının bir qrupu Cümhuriyyətin banisi, qardaş ölkənin ilk Prezidenti Qazi Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, səfərin təşkilatçısı qismində Türkiyənin Kırşehir vilayətinin Şəhid Ailələri Cəmiyyəti çıxış edib. Səyahət “Şəhid ailələri Qafqaz İslam ordusunun izində” layihəsi çərçivəsində baş tutub.

Azərbaycan qəhrəmanlarının doğmaları və yaxınları dahi Atatürkün mavzoleyinə əklil qoyub, onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra layihə iştirakçıları Kırşehir vilayətində Türkiyə və Azərbaycanın şəhid ailələrinin görüşündə iştirak ediblər. Azərbaycandan gəlmiş qonaqları vilayətin valisi Mete Buhara qəbul edib. O, görüşün yekununa dair paylaşımında bildirib ki, şəhid ailələri ilə söhbətdən şərəf duyub. Mete Buhara, həmçinin görkəmli şair Bəxtiyar Vahabzadənin Türkiyə-Azərbaycan dostluğu haqqında şeirini paylaşıb.

Kırşehir vilayətindəki Şəhid Ailələri Cəmiyyətinin rəhbəri Mutlu Kılıçarslan bildirib ki, layihənin əsas məqsədi “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq qardaş ölkələrimiz arasında əlaqələri möhkəmləndirməkdir.

DOĞRU.AZ

image-17181945055362849_1200x630image-17181945056349428297_1200x630-1

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki