image-2000x150px
image-123
image-ads_atlas
image-sehidbackend

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu məlum olub

image-728x90px

Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər Verdiyev Eldəniz Rabil oğlunun nəşi tapılıb.

Doğru.az  “Report”-a istinadən xəbər verir ki, Kəlbəcər rayonunun Seyidlər kənd sakini, 1999-cu il təvəllüdlü E.Verdiyevin nəşi Murovdağ ərazisində tapılıb.

Onun ailəsi Göygöl rayonunda yaşadığından şəhid Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, E.Verdiyev müharibənin ilk günündə itkin düşmüşdü.

Allah rəhmət eləsin!

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki