image-2000x150px
image-123
image-ads_atlas
image-fbc5cee8-abbb-3037-97a5-982e95b4a364_850backend

Vətən müharibəsində itkin düşmüş zabitimizin nəşi tapılıb – FOTO

image-728x90px

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində itkin düşmüş hərbçisinin nəşi tapılıb.

“Report” xəbər verir ki, 7 aylıq axtarışlardan sonra bu gün kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəhid olduğu müəyyənləşdirilib.

Lerik rayonunun Anbu kəndində anadan olan kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlu ikinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Ötən il oktyabrın 15-dən sonra Ə.Rəhmətovla əlaqə saxlamaq mümkün olmayıb. Uzun axtarışlardan sonra bu gün onun şəhid olduğu müəyyən edilib.

Qeyd edək ki, Ə.Rəhmətov həmçinin Aprel döyüşlərində, ötən ilin Tovuz döyüşlərində bir sıra qəhrəmanlıqlar nümayiş etdirib.

Allah rəhmət eləsin.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki