image-n1karobka_ads
image-123
image-1761115693638577419_1200x630backend

Vətəndaşlar hərbi məlumatlarını “mygov” platforması üzərindən əldə edə biləcək

image-ad_qayo_720x110px

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlar artıq hərbi məlumatlarını “mygov” platforması üzərindən sürətli, rahat və təhlükəsiz şəkildə əldə edə bilərlər.

Doğru.az xəbər verir ki, SHXÇDX-dən verilən məlumata görə, platforma vasitəsilə vətəndaşlar ilkin hərbi qeydiyyatdan keçmək, müayinələr nəticəsində hərbi xidmətə yararlı olub-olmadığını öyrənmək, tibbi komissiya nəticələrini görmək, ailə vəziyyəti və təhsilinə görə çağırışdan möhlət hüququ barədə məlumatları əldə edə biləcəklər.

Bundan əlavə, hərbi qeydiyyat, müddətli həqiqi hərbi xidmət, çağırışdan möhlət və azad edilmə, müvəqqəti çağırışdan yayınma və həqiqi hərbi xidmət keçmək barədə məlumatlar da rəqəmsal formada təqdim olunur.

Vətəndaşlar həm “mygov” veb-portalı, həm də mobil tətbiq vasitəsilə məlumatlarla tanış ola, sənədləri “PDF” formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərlər. Bunun üçün istifadəçilər platformada “Xidmətlər” bölməsinə daxil olub, “Hərbi” alt bölməsini seçməli və istədikləri məlumat növünü yükləməlidirlər.

Qeyd olunur ki, elektron xidmətlərin tətbiqi vətəndaş məmnuniyyətini artırmaq, xidmətin şəffaflığını təmin etmək və Silahlı Qüvvələrin sağlam çağırışçılarla vaxtında komplektləşdirilməsinə şərait yaratmaq məqsədi daşıyır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki