Daxili İşlər orqanlarında dəyişiklik olub.
“Dogru.az” Oxu.Az-a əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis mayoru Mehrab Məmmədov Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib.
O, bundan əvvəl Yasamal Rayon Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışıb.

























