image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210616_173115_498backend

Vitse-spiker Adil Əliyevin dəstəyi ilə Şəhid Şahmurov Mübarizə həsr olunan filmin təqdimatı keçirildi – FOTOLAR

image-728x90px

14 iyun 2021- ci il tarixində Azərbaycanımızın qəhrəman şəhidi adına layiq görülmüş qəhrəmanlarımızdan biri Şahmurov Mübariz Agahüseyn oğluna həsr

 olunmuş “21- lər” adlı tədbir keçirildi. Tədbir Azərbaycanımızın hörmətli vitse-spikeri Adil Əliyevin məsləhəti və dəstəyi ilə həyata keçdi.Tədbirin layihə rəhbəri Türkan Səfərova, eyni zamanda tədbirdə izlədiyimiz “21- lərdən biri” adlı sənədli filmin ssenari müəllifidir.
Filmin quruluşçu rejissoru  və direktoru polkovnik leytenant Zahid Qarayev filmi ərsəyə gətirmək üçün uzun müddət bu filmin üzərində işləmişdi. Zahid Qarayev tədbiri açıq elan edərək sözü  hörmətli  millət vəkilimiz Adil müəllimə verdi. Adil müəllim 44 gün ərzində gedən müharibənin çətinliklərindən, xalqımızın nə qədər şəhid verməsindən çox böyük ürək ağrısı ilə danışdı. Şəhidləri bir dəqiqəlik sükutla yad etdik.
Millət vəkilimiz sözünə davam etməyə başladı. Lakin bu itkiləri verməyimizə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır” şüarı ilə xalqımız ayağa qalxdı.Rəşadətli xalqımız dövlət başçısının ətrafında sıx birləşərək ” Hər şey cəbhə üçün” deyərək heç kəs əlindən gələni əsirgəmədi. .Ata və analar qürurla oğullarını döyüş bölgələrinə göndərdilər.

İgid oğullarımız ” Hər şey Vətən naminə” deyərək qanları bahasıına torpaqlarımızı düşməndən azad etdilər. Şəhidlik zirvəsinə qalxdılar. Dünya Azərbaycanı cəsur xalq olaraq tanıdı. Azərbaycan xalqı yeni tarix yazdı. Şanlı ordumuz qələbə çaldı.  Millət vəkili Vitse- spikerimiz Adil Əliyev onu da qeyd etdi ki, Şəhid ailələrinə diqqət və qayğı göstərmək, bu qəhrəmanları tədbirlər vasitəsilə tanıtmaq, eyni zamanda  qazilərimizə də hörmət və ehtiramla yanaşmaq, onları da tanıtmaq bizim hər birimizin mənəvi borcumuzdur.

Daha sonra tədbir iştirakçıları filmi izlədilər. Filmdə Azərbaycan Hərbi Tarixi Muzeyin rəhbəri polkovnik Əzizağa Qənizadə,filmin rejissoru,eyni zamanda polkovnik  Zahid    Qarayev, qəhrəman şəhidimizin ailəsi, dostları, Xocalı soyqırımı İ.B.sədri Şamil Sabiroğlu, Xocalıda əsir düşmüş Valeh Hüseynov və başqaları danışdılar.Filmi izlədikdən sonra tədbir iştirakçıları filmi bəyəndiklərini söyləyərək  film haqqında öz fikirlərini bildirdilər. Tədbirin sonunda Zahid müəllim başda Adil müəllim olmaqla ona bu möhtəşəm işdə kömək edən, tədbirdə iştirak edən hər kəsə  öz dərin  təşəkkürünü bildirdi.
Tədbirdən sonra isə Şəhid ailələri ayrı ayrılıqda Vitse- spikerimizə və bu işdə əziyyəti keçən hər kəsə təşəkkür etdilər.Onu da qeyd etmək istərdik ki, tədbirin yüksək səviyyədə həyata keçməsi üçün  Xəyal Rəşid Bağırov, Mahir Hüseynbəyli, Famil İsmayılov və İftixar Həsənovun da böyük zəhməti olub. Biz də bu işdə əziyyəti keçən hər kəsə öz  minnətdarlığımızı bildiririk.
Qürur hissi duyuruq ki, Azərbaycanımızın belə fədakar, qəhrəman oğul və qızları var. Sonda onu bildirmək istərdik ki, Hörmətli Millət Vəkilimiz Adil müəllim  Şəhid və Qazi ailələrinə qarşı öz diqqət və qayğısını heç vaxt əsirgəməyib, hər zaman onları dəyərləndirib, dəstəkləyib.  Hər zaman  Şəhid və Qazilərimizi tanıtmaq bizim borcumuzdur. Biz fəxr edirik ki, azərbaycanlıyıq.
A.J.B.- nin üzvü Cəmilə Vasifqızı.
DOĞRU.AZ
image-img-20210616-wa0157 image-img-20210616-wa0156 image-img-20210616-wa0149 image-img-20210616-wa0154
image-img-20210616-wa0155
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki