image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210814-wa0062backend

Xaçmazda 29 ailə mavi yanacaqdan niyə istifadə edə bilmir?

image-728x90px

Xaçmaz rayonunun Qaraçı kəndində yaşayan 29 ailə mavi yanacaqdan istifadə edə bilmir.

Buna səbəb qaz sayğaclarının quraşdırılmamasıdır.

Kəndə bir neçə il bundan əvvəl qaz çəkilsədə, 29 abonent qaz sayğacı ilə təmin edilmiyib. Bunu “Yeni Gündəm”in şimal bürosunun əməkdaşlarına açıqlamasında kənd sakinləri deyib.

Sakinlər dəfələrlə müraciət etsədə dərdlərinə çarə qılan tapılmıyıb.”Azəriqaz”İB dən onlara bildirilib ki, qaz sayğacları üçün onlar podratçı şirkətlərin biri ilə müqavilə bağlayıb bir sayğac üçün 262 manat vəsait ödəməlidirlər.Birliyin sədri Ruslan Əliyev Xaçmazda vətəndaş qəbulu zamanı vətəndaşlar onun özünə bu barədə müraciət edib.

Ruslan Əliyev onlara söz verib ki, yaxın günlərdə sayğaclar quraşdırılacaq.Amma o gündən sonra həmin abonentlərə yenidən podratçı şirkətlərin ünvanı göstərilib.Kəndin bütün abonentlərini sayğaclarla “Azəriqaz” özü pulsuz təmin edib.Amma 29 abonentin sayğacı verilməyib.

Ətraflı kənddən hazırladığımız reportajda.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki