image-n1karobka_ads
image-123
image-screenshot_20250519_174556_samsung-internetbackend

Xaçmazda əlilliyi olan qadın və qızların iştirakı ilə növbəti seminar təşkil olundu – FOTO

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində növbəti seminarı Xaçmaz rayonunda təşkil edib.

Tədbirdə əlilliyi olan qadın və qızlarla yanaşı, onların ailə üzvləri və yerli icma nümayəndələri də iştirak ediblər. Seminarın əsas məqsədi – ictimai yerlərdə bu qadınlara və qızlara qarşı münasibət və davranış problemlərinə, zorakılıq hallarına diqqət çəkmək, yerli ictimaiyyətlə birgə bu halların aradan qaldırılması yollarını müzakirə etmək olub.

Seminar “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimovanın geniş təqdimatı ilə başlayıb. Təlimçi İradə Rizazadə iştirakçılara əlillik, cəmiyyətdə mövcud stereotiplər və onlara qarşı olan yanaşmalar barədə ətraflı məlumat verib.

Seminar iştirakçıları arasında könüllülərin də dəstəyi ilə fikir mübadiləsi aparılıb, qadınların sahibkarlıqla bağlı maraqları və təşəbbüsləri müzakirə olunub. Tədbir açıq havada keçirilib və iştirakçılara tərəfdaş SENİ şirkəti tərəfindən hədiyyələr təqdim olunub.

Layihənin əhatə dairəsinə Bakı və Gəncə şəhərləri, həmçinin Quba, Qusar və Xaçmaz rayonları daxildir. Layihənin icrası 2022-ci ilin sentyabrında başlayıb və 2025-ci ilin avqust ayına qədər davam edəcək.

Bugun.tv

Mənbə: “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin mətbuat xidməti 

image-screenshot_20250519_174556_samsung-internet image-screenshot_20250519_174603_samsung-internet image-screenshot_20250519_174706_samsung-internet

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki