image-n1karobka_ads
image-123
image-1757084049_68baf991f06bb-1backend

Xaçmazda “Erkən nigah qeyri-müəyyən gələcək” layihəsinə start verilib

image-ad_qayo_720x110px

Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən nigah qeyri-müəyyən gələcək” gənclərin sosial-psixoloji maarifləndirilməsi layihəsini Xaçmaz rayonunda həyata keçirir.

Doğru.az xəbər verir ki, layihənin əsas məqsədi erkən nigahların fəsadları barədə gəncləri maarifləndirmək və yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır.

Layihədə 200 nəfər, əsasən Xaçmazda yaşayan 15-35 yaş qruplarına aid gənc qızlar, oğlanlar və uğursuz erkən nigahdan əziyyət çəkən gənc qadınlar benefisiar kimi iştirak edir. Ümumilikdə dörd seminar keçiriləcək, rəsmi strukturların nümayəndələri də təlimlərdə iştirak edəcəklər.

Təşkilat layihənin davamlılığını təmin etmək məqsədilə təlim iştirakçıları və ekspert qrupundan ibarət şəbəkə yaradacaq və maarifləndirmə işlərini bundan sonra da davam etdirəcək.

Qeyd olunur ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki