Xalq artisti Tünzalə Ağayeva yaradıcılığının 25 illiyini qeyd edir.
Doğru.az xəbər verir ki, bu münasibətlə pop ulduz “The M.O.S.T” jurnalı üçün kamera qarşısına keçib. Fotoqraf Anfisa Bessonova tərəfindən lentə alınan layihədə sənətçi bir neçə fərqli obrazda çəkilib.
Heydər Əliyev Sarayında lentə alınan layihənin ən diqqətçəkən obrazlarından biri bandana ilə olan stil olub. Şou-biznesin əfsanəsi 25 il öncəyə qayıdaraq səmimi və isti görüntülər yaradıb. Pop ulduz bu fotoları şəxsi Instagram hesabında paylaşıb.
Qeyd edək ki, layihənin direktoru Yalçın Cabbarovdur.
DOĞRU.AZ




























