Son illər xaricdə təhsil və iş imkanlarına maraq Azərbaycan və region ölkələrində sürətlə artmaqdadır. Bu seçim gənclər və valideynlər üçün yalnız diplom və gəlir deyil, həm də beynəlxalq təcrübə və uzunmüddətli karyera perspektivi deməkdir.
Doğru.az xəbər verir ki, artan maraq fonunda bazarda fəaliyyət göstərən mərkəzlərin sayı çoxalsa da, qeyri-şəffaflıq və prosesə formal yanaşma əsas risklər olaraq qalır. Məhz bu şəraitdə “AİD GROUP” Xaricdə Təhsil və İş Mərkəzi bazarda yalnız vasitəçi deyil, məsuliyyətli və strateji tərəfdaş kimi çıxış edir.
Mərkəzin fərqləndirici cəhətlərindən biri onun qurucusu, tanınmış teleaparıcı və təhsil üzrə ekspert Nigar Fərhadın proseslərə birbaşa nəzarət etməsidir. Onun şəxsi iştirakı hər bir müraciətçiyə individual yanaşmanı təmin edir, akademik göstəricilər, peşə bacarıqları və uzunmüddətli karyera planları nəzərə alınır.
“AİD GROUP” bütün xərcləri və hüquqi prosedurları əvvəlcədən açıq şəkildə izah edir, müraciətçilər üçün alternativ planlar hazırlayır. Təhsil və ya işə yerləşdirmədən sonra da dəstək davam edir, adaptasiya, hüquqi status və sosial uyğunlaşma prosesi nəzarətdə saxlanılır.
Qeyd edək ki, mərkəzin əsas məqsədi müraciətçilərin sadəcə xaricə göndərilməsi deyil, onların təhlükəsiz, planlı və davamlı inkişafının təmin olunmasıdır. Bu yanaşma “AİD GROUP”u regionda etibarlı və fərqlənən mərkəzlərdən birinə çevirir.
DOĞRU.AZ



























