image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210705_031408_278backend

Xəzər dənizində güclü partlayış olub – VİDEO

image-728x90px

Xəzər dənizində güclü partlayış olub.

Doğru.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Partlayış zamanı dəniz sahilində olan şəxslər həmin anın foto və videolarını çəkiblər.

Hadisə şahidlərinin bildiridiklərinə görə, partlayış kifayət qədər güclü olub və dalğası sahildə hiss olunub.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi haqqında məlumat əldə etmək mümkün deyil.

Məsələ ilə bağlı SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib:

“Hazırda işlər normal rejimdə davam edir. SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir. Əlavə məlumat olarsa, ictimaiyyəti məlumatlandıracağıq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki