image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-24backend

Xəzərin sahilinə plastik qranulları kim “səpələyib”?

image-728x90px

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin sahilində plastik hissəciklərin qeydə alınması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

ETSN-dən Xəzər dənizinin Fatmayı və Goradil sahilboyu ərazisinə dənəvər plastik materialların yayılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülərlə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları yerində araşdırma aparıblar.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı ağ kiçik dənəvər formalı plastik materialların polietilen istehsalı üçün nəzərdə tutulan xammal olduğu müəyyən edilib:

“Ölkəmizdə fəaliyyət göstərən polietilen materiallar istehsal edən müəssisələrin mütəxəssisləri əraziyə cəlb ediliblər, birgə aparılan araşdırmalar və danışıqlar nəticəsində sözügedən xammalın ölkəmizdəki müəssisələrə məxsus olduğu təsdiqlənməyib. İlkin ehtimala görə, xammal dəniz yolu ilə yük daşınması zamanı dənizə dağılıb və küləkli havada dalğa ilə sahilə çıxaraq sahil xətti boyu təqribən 1000 metr məsafədə yayılıb”.

V.Cavadovun sözlərinə görə, hazırda plastik dənəciklərin yayıldığı ərazi Binəqədi rayon bələdiyyəsinin əməkdaşları tərəfindən təmizlənir.

11:30

Xəzər dənizinin sahilində plastik hissəciklər qeydə alınıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Belə ki, dənizin Abşeron rayonu Fatmayi kəndi ərazisi hissəsində sahilboyu plastik qranullar var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova  açıqlamasında bildirib ki, məsələdən xəbərdardırlar:

“Hazırda əməkdaşlarımız sözügedən ərazidədirlər. Araşdırma aparılır”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki