image-n1karobka_ads
image-123
image-17452433022452613119_1200x630backend

Xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub – FOTO

Xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənmiş bir qrup hərbi qulluqçunun təltif olunması ilə əlaqədar Dövlət Sərhəd Xidməti aparatında tədbir keçirilib.

Xidmətin mətbuat mərkəzindən Doğru.az-a verilən məlumata görə, tədbirdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda əldə olunan uğurlardan, o cümlədən sərhəd mühafizəsi sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlərdən bəhs olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunmasının ölkənin suverenliyi, ərazi bütövlüyü və daxili sabitliyinin qorunması baxımından strateji əhəmiyyət daşıdığını, sərhəd təhlükəsizliyinin mühafizəsinin ümumilikdə ölkə təhlükəsizliyinin əsas prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Bununla əlaqədar sərhədçilərin üzərinə düşən məsuliyyətin böyük olduğu, yüksək peşəkarlıq və fədakarlıqla xidmət etmələri xüsusi vurğulanıb.

Təltif edilən hərbi qulluqçular göstərilən yüksək diqqət və etimada görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib, gələcəkdə də dövlət sərhədinin qorunması uğrunda əzmlə xidmət edəcəklərinə, Vətən qarşısında öz borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.

DOĞRU.AZ

image-17452433025467045508_1200x630 image-1745243302173957847_1200x630 image-17452433026005412765_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki