image-n1karobka_ads
image-123
image-1720425319926528963_1200x630backend

XİN-in kollektivi peşə bayramı ilə əlaqədar Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib – FOTO

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar iyulun 8-də Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmət və ehtiramla anıb.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Xarici İşlər Nazirliyinin əməkdaşları Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, onların xatirəsinə ucaldılan “Əbədi məşəl” abidəsinin önünə əklil və gül dəstələri qoyublar.

DOĞRU.AZ

image-172042531923871079_1200x630 image-1720425319926528963_1200x630 image-1720425319784631911_1200x630 image-17204253194614739058_1200x630 image-17204253194447341126_1200x630 image-17204253195707760936_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki