Xızı rayonunda ictimai iaşə obyektlərinin və bankomatların ətrafında vətəndaşların kibermaarifləndirilməsi məqsədilə məlumatverici lövhələr quraşdırılıb.
Rayon polis şöbəsi bu hallara qarşı vətəndaşları diqqətli olmağa çağırıb və həmin kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələrini tövsiyə edib.
Bu barədə Doğru.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, quraşdırılan lövhəciklərdə dələduzlar tərəfindən ən çox istifadə edilən üsullar barədə ətraflı məlumat yerləşdirilib.
DOĞRU.AZ