Xocavəndlilər işğaldan azad edilmiş torpaqların qələbə sevincini yaşayır.
Doğru.az “Report”a istinadən xəbər verir ki, Xocavənd qəsəbəsinin sakinləri Qələbə yürüşü ediblər.
Rəşadətli Azərbaycan Ordusu tərəfindən dünən Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Bu xəbəri eşidən xocavəndlilər qəsəbə ərazisində bayram edir, qələbə sevincini yaşayırlar. Xocavənd qəsəbəsinin sakinləri öz sevinclərini “Report”un əməkdaşları ilə bölüşüblər.




























