image-2000x150px
image-123
image-ads_atlas
image-93b0d8e4-59c6-35f8-8482-1dba679b7858_850backend

Xokkey üzrə Dünya Kuboku təxirə salınıb 

image-728x90px

Xokkey üzrə Dünya Kuboku 2024-cü ilin fevralında baş tutmayacaq, turnir 2025-ci ildə baş tuta bilər.

Bu barədə Milli Xokkey Liqasının mətbuat xidməti məlumat yayıb.

“Son bir il ərzində Milli Xokkey Liqası və Oyunçuların Həmkarlay Birliyi 2024-cü ilin fevral ayında ən yaxşı komandalar arasında ilk beynəlxalq xokkey turniri olan növbəti Dünya Kubokuna ev sahibliyi etmək planları üzərində işləyirdi. Təəssüf ki, hazırkı şəraitdə, xokkey üzrə Dünya Kubokunu keçirmək mümkün deyil. Biz 2025-ci ilin fevralını səbirsizliklə gözləyərək növbəti dünya çempionatını planlaşdırmağa davam edirik”, – məlumatda bildirilir.

Bundan əvvəl də bildirilib ki, 2024-cü ildə keçirilməli olan xokkey üzrə Dünya Kuboku təxirə salına bilər. Buna səbəb digər ölkə yığmalarının Rusiya millisi ilə qarşılaşmaq istəməməsidir. Onlar Ukraynadakı müharibəyə görə rusiyalı xokkeyçilərin yarışda iştirakına qarşı çıxıblar.

Daha əvvəl isə Beynəlxalq Xokkey Federasiyası (IIHF) öz bayrağı altında keçirilən turnirlərdə Rusiya seçməsinin iştirakına qadağa qoyub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki