image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_51286275_l-pic_32ratio_900x600-900x600-82019backend

Yaddaşı yaxşılaşdıran və diabet riskini azaldan bitki birləşmələri açıqlanıb

image-728x90px

Yaponiyanın Şibaura Texnologiya İnstitutu və İtaliyanın Kataniya Universitetinin alimləri müəyyən ediblər ki, meyvə, giləmeyvə, tərəvəz, qəhvə və çayda olan acı və büzücü polifenollar yaddaşı və qan şəkərinə nəzarəti yaxşılaşdıra bilir.

Nəticələr Biomolecules jurnalında dərc olunub.

Alimlərin işi polifenolların istehlakının insan sağlamlığı üçün faydaları ilə bağlı mövcud tədqiqatların elmi icmalını əks etdirir. Polifenollar antioksidan xüsusiyyətləri ilə tanınan güclü bitki birləşmələridir. Onlar bədəndə zamanla yığılan xüsusi oksigen formaları ilə hüceyrələri zədələnmədən qoruya bilirlər.

Elmi araşdırma müəyyən edib ki, yaşıl çayın tərkibində olan acı polifenolların (kastalagin, grandinin və veskalagin) istehlakı qanda qlükoza səviyyəsini tənzimləmək üçün lazım olan mədə-bağırsaq traktında hormonların sintezini stimullaşdırır.

Mənbə: Habertürk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki