image-2000x150px
image-comp-versiya
image-ef1952e76036997af949b1a7d5d1a5d635backend

Yağış yağacaq, dolu düşəcək

image-728x90px

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, mayın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 18-21, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin 10-da güclü xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki