image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20210611-020743_facebookbackend

YAP-çı deputat seçicilərini qəbul etdi – FOTO

image-728x90px

96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Anar Məmmədov Goranboy rayonunda olduğu müddətdə sakinlərlə görüşüb, vətəndaş qəbulu keçirdi. Belə görüşlərdən biri də Dəyirmanlar kənd seçiciləri ilə baş tutdu.

Doğru.az xəbər verir ki, deputat qəbulda seçicilərin problemləri ilə maraqlanıb, arzu və təkliflərini dinlədi. Seçicilərimiz tərəfindən ünvanlanan müraciətlərin əsas məzmunu daha çox su, torpaq sahəsi əldə edilməsi və sair məsələlərlə bağlı oldu. Vətəndaşları narahat edən bəzi məsələlər müzakirə zamanı həllini tapdı. Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verildi. Həmçinin millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlərin həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə tərəfimizdən nəzarətə götürüldü.

Dəyirmanlar kəndində seçiciləri daha çox narahat edən əsas məsələ su məsələsidir. Xüsusən də artıq yay fəsli gəldiyindən bəri suvarma suyu ilə bağlı problem daha çox sakinlərimizi narahat edir. Biz də sakinlərimizə yaxın günlərdə bu problemin aradan qaldırılması üçün aidiyyatı qurumlara müraciət edəcəyimizi və problemin tezliklə aradan qaldırılmasına çalışacağımızı söz verdi.

Seçicilərimi əmin etmək istəyirəm ki, sizdən gələn bütün müraciətləri müvafiq icra orqanları qarşısında qaldıracaq, hər zaman yanınızda olacam deyə millət vəkili Anar Məmmədov vurğulamışdır. Sonda deputat hər bir seçicinin müraciətinə həssas yanaşdığını qeyd edərək, qaldırılan problemlərin həlli üçün bütün mümkün addımların atıldığını, karantin rejimində vətəndaşlarla görüşlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. İlk gündən qeyd etdiyim kimi, seçicilərimizi narahat edən məsələlərin həlli üçün əlimizdən gələni əsirgəməyəcəyik deyə Anar Məmmədov vurğulamışdır.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki