image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210422_225002_123backend

YAP sabah Hüseynbala Mirələmovla bağlı qərar verəcək

image-728x90px
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin sabah keçiriləcək iclasında Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun məsələsinə baxılacaq.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytında məlumat paylaşılıb.

Ötən gün H.Mirələmovun qeyri-etik hərəkətə yol verməsi ilə bağlı görüntülər yayılıb. Video cəmiyyətdə qınaq obyektinə çevrilib.

Qeyd edilib ki, Hüseynbala Mirələmovun bu hərəkətləri təmsil olunduğu siyasi partiya nümayəndələri tərəfindən də şiddətlə qınanılıb.

Xatırladaq ki, YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev APA-nın müxbirinin sualına cavab olaraq bildirib ki, məlum videogörüntüdə Hüseynbala Mirələmovun etikadan uzaq hərəkətləri Yeni Azərbaycan Partiyasının hər bir üzvü tərəfindən təəssüf hissi ilə qarşılanıb:

“Gün ərzində əksər kütləvi informasiya vasitələrində Yeni Azərbaycan Partiyasının ayrı-ayrı nümayəndələrinin məsələ ilə bağlı kəskin mövqeyi dərc olunub. Hüseynbala Mirələmovun mənəvi-əxlaqi dəyərlərdən uzaq olan bu davranışına qiymət İdarə Heyətinin sabah baş tutacaq iclasında veriləcək”.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki