Yaponiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkə vətəndaşları üçün xaricə səyahət xəbərdarlığını tamamilə ləğv edib.
Bu barədə Kyodo məlumat yayıb.
Agentlik xatırladıb ki, 2020-ci ilin yanvarında Yaponiya Çinə səyahət edənlər üçün ilk olaraq birinci səviyyəli tövsiyələr təqdim edib. Daha sonra dünyanın 159 ölkəsi və bölgəsinə səyahət xəbərdarlığını ehtiva edən Səviyyə 3 tövsiyələri verildi.
Qeyd olunur ki, 2022-ci ilin oktyabr ayından Yaponiyada səyahətçiləri başqa ölkələrə səfər edərkən “tam hazır olmağa” çağıran tövsiyələr qüvvədədir.
Doğru.az

























