image-n1karobka_ads
image-123
image-17478967291311946757_1200x630backend

Yasamalda narkotik yuvası ifşa olundu

Yasamal rayonunda yerləşən çoxmərtəbəli binalardan birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Doğru.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan və blok daxilində naməlum şəxslərin narkotik vasitələrdən istifadə etdiyi görüntülər hüquq-mühafizə orqanlarını hərəkətə keçirib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumat verib.

Onun sözlərinə görə, həmin binada narkotik vasitə aludəçilərinin intensiv hərəkəti ilə bağlı daxil olan məlumat əsasında Yasamal Rayon Polis İdarəsinin əməkdaşları ərazini müşahidəyə götürüblər. Müşahidələr zamanı binadakı mənzillərdən birində narkotik satışının təşkilinə dair əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat tədbirləri nəticəsində 38 yaşlı Elgün Əliyev saxlanılıb. Ondan 1 kiloqram 550 qram heroin, 1 kiloqram 300 qram metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Hazırda həmin yaşayış binasının ətrafında profilaktik tədbirlər davam etdirilir. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki