image-n1karobka_ads
image-123
image-17651882041110320900_1200x630backend

“YAŞAT” Fondu 5 illik hesabatını təqdim etdi – FOTO

image-ad_qayo_720x110px

“YAŞAT” Fondunun 5 illik fəaliyyətinə dair mətbuat konfransı keçirilib.

Doğru.az xəbər verir ki, tədbirdə Fondun 5 il ərzində gördüyü işlərə dair videoçarx nümayiş olunub, ardınca Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabatla çıxış edib.

Təqdimat zamanı şəhid ailələri və müharibə əlillərinə dəstək məqsədilə həyata keçirilən layihələr, statistika və sosial proqramlar açıqlanıb. E.Hüseynov bildirib ki, ötən 5 ildə Fondun büdcəsindən 4 əsas istiqamət üzrə 93 milyon 622 min manat vəsait xərclənib.

Bu müddətdə 18 min 566 şəxsin ümumilikdə 93 min 897 müraciəti təmin edilib.

Ən böyük dəstək məişət şəraitinin yaxşılaşdırılması istiqamətində göstərilib — 12 min 606 müraciət təmin olunub və 42 milyon 246 min 250 manat xərclənib.

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın dəstəklənməsi üzrə 1 730 müraciət icra olunub. Bu məqsədlə 5 milyon 952 min 970 manat ayrılıb.

Yaradıcılıq layihələri üzrə tərəfdaşlar tərəfindən 1 milyon 381 min 242 manat 77 qəpik maliyyə dəstəyi göstərilib.

Fond rəhbəri bildirib ki, ali məktəblərə qəbul olunan şəhid ailəsi üzvləri və müharibə əlillərinə 2 min manat birdəfəlik mükafat verilib. Bu dəstəkdən 266 nəfər yararlanıb.

Müalicə və psixoloji dəstək istiqamətində 37 milyon 911 min 765 manat xərclənib və 77 min 263 müraciət təmin edilib. Ümumilikdə 193 nəfər müalicə üçün Türkiyəyə göndərilib.

İstehlak kreditləri və borc öhdəliklərinin qarşılanması üzrə 2 min 300 müraciət təmin edilib və 7 milyon 11 min 408 manat 82 qəpik xərclənib.

Beş il ərzində “YAŞAT” Fondu 67 layihə icra edib, bu layihələrə 29 min 136 nəfər cəlb olunub.

DOĞRU.AZ

image-17651882043821663961_1200x630 image-17651882043542740774_1200x630 image-17651882045607954075_1200x630 image-1765188204491728406_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki