image-ads_n1karobka_mobile
image-1614932334753147915_367x266backend

Yeni Zelandiya sahillərində güclü zəlzələ olub

Yeni Zelandiyanın Şimal adasının sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Doğru.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 101 min nəfər əhalisi olan Lover Hutt şəhərindən 185 km şimal-şərqdə yerləşib.

Qeyd olunur ki, zəlzələ ocağı 15 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi elan edilməyib.

Mənbə: TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki