Həyatın erkən dövründə qidaların həddindən artıq və ya az istehlakı, antibiotiklərin qəbulu kimi qida allergiyası riskini artırır.
Tədqiqat Amerika Allergiya, Astma və İmmunologiya Kollecinin (ACAAI) illik elmi yığıncağında təqdim edildi.
Müxtəlif fərziyyələr olsa da, qida allergiyasının səbəbləri məlum deyil. Yeni araşdırmada tədqiqatçılar təsdiqlənmiş allergiyası olan 38 408 uşaq və 40 443 böyükdən sorğu keçirib və məlumat toplayıblar. Allergiyası olan yetkinlərin təxminən 20% -i müəyyən bir qidadan çox yeməyin onların allergiyasına səbəb olduğunu bildirdi. Yetkinlərin 12%-i antibiotik qəbul etdikdən sonra allergiyanın yarandığını, 10%-i isə onlara qarşı allergiya yaranmazdan əvvəl müəyyən qidalardan imtina etdiyini bildirib. 17 yaşından kiçik uşaqların valideynlərinin təxminən 25% -i uşaqlarında qida allergiyasının inkişafının viral infeksiya ilə üst-üstə düşdüyünü bildirib.
Mənbə: Lenta.ru