image-2000x150px
image-123
image-ads_atlas
image-1715664397_narr1backend

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

image-728x90px

İdarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydalarını pozan sürücü Elməddin Qasımov Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Doğru.az-a verilən məlumata görə, araşdırmalarla sürücünün narkotik vasitənin təsiri altında olduğu və analoji əməli il ərzində ikinci dəfə törətdiyi müəyyən edilib.

E.Qasımov barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 1 il 2 ay müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki