image-2000x150px
image-123
image-ads_atlas
image-yenigundem_79242334edf690a971567f88affc0c83_s5klhve7zwi62q1cob4xbackend

Yol polisi məşhurlarla birgə piyadalara səsləndi – VİDEO

image-728x90px

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Piyadalar, diqqətli olun!” şərti adı altında keçirdiyi hərəkətin təhlükəsizliyi həftəliyində tanınmış simalarla birgə piyadalara növbəti çağırışı edib. İctimaiyyət arasında tanınan simaların dili ilə piydaların yolda qaydalara riayət etmələri, piyada keçidlərindən keçmələri, o cümlədən hüquq və vəzifələri izah olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, piyadaların təhlükəsizliyinin qorunması üçün mütəmadi olaraq maarifləndirmə işləri aparılır.
“Bura həm reydlər, həm müxtəlif görüşlər, həm də sosial çarxlar daxildir. Dəfələrlə müraciətlər olunur, piyadaların hüquq və vəzifələri izah edilir. Təqdim olunan videoçarxda da piyadaların yolun hansı hissələrindən keçməsi, eyni zamanda keçidlərdən istifadə qaydaları izah edilir. Bundan əlavə tanınmış insanlar da müraciət edərək piyadaları maarifləndirir. Bütün bunlar yol hərəkətində piyadavurmaların sayının azaldılmasına hesablanıb.”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki