image-2000x150px
image-123
image-ads_atlas
image-326899abackend

Yol polisindən sürücülərə katalizatorla bağlı ÇAĞIRIŞ – FOTO

image-728x90px

Son günlər “Toyota Prius” markalı avtomobil idarə edən sürücülər yol polisinin onları cərimə etməsindən şikayət edir.

Bildirilib ki, bu tipli nəqliyyat vasitələrinin əksəriyyətinin katalizatoru olmadığı üçün yol polisi bunu aşkar edir və sürücülərə cərimə yazır.

Sürücüləri narahat edən məsələ barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülərin nəqliyyat vasitələrində katalizatorların olmaması ətraf mühitə atılan zəhərli qazların miqdarını və mühərrikin səs gücünü artırır:

“Bu isə inzibati xəta tərkibi yaradır. Bu tipli avtomobillərin istismarı yolverilməzdir. Bir daha vətəndaşlardan xahiş edirik ki, idarə etdikləri nəqliyyat vasitəsinin sazlığına diqqət etsinlər, mövcud çatışmazlığın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər. Texniki baxış zamanı və yaxud avtomobili servisə apararkən nasazlıq qeydə alındıqda, həmin nasazlıqlar aradan qaldırılmalıdır”.

“Bəzi sürücülər deyir ki, həmin avtomobilləri Gürcüstandan elə bu vəziyyətdə Azərbaycana gətiriblər. Amma qanun deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamalıdır. Yəni, texniki nasazlıq varsa, bunu sürücü aradan qaldırmalıdır. Azərbaycanda yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin qorunması dövlət proqramı səviyyəsində təmin edilirsə, hər birimiz bu sahədə öz məsuliyyətimizi dərk etməliyik”, – deyə V.Əsədov qeyd edib.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki