Yol Polisindən sürücülərə XƏBƏRDARLIQbackend

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Bu gün bütün xalq küçə və yollara axışaraq qələbə sevincini bölüşür. Lakin bəzi sürücülərin mövcud vəziyyətdən istifadə edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar.Eyni zamanda da piyadalar küçələrdə onlar üçün müəyyən edilmiş keçidlərdən keçməməklə təhlükəsizliklərini riskə atırlar.

Doğru.az xəbər verir ki, xüsusilə də sürücülər nəqliyyat vasitələrini yol hərəkəti qaydalarına uyğun idarə etsinlər ki, onların, eləcə də digər hərəkət iştirakçılarının sağlamlığına ciddi təhlükə yaranmasın.

Sözsüz ki, biz də bu ölkənin vətəndaşıyıq, hər kəs kimi biz də Ali Baş Komandanın qələbə müjdəsinə çox sevindik. Sevincimizin həddi-hüdudu yoxdur, Yaşasın Azərbaycan, yaşasın Azərbaycan Ordusu. Bütün bunlara baxmayaraq, hərəkət iştirakçılarından xahiş edirik ki, vətəndaşlarımızın narahatlığına və haqlı narazılığına səbəb olacaq şərait yaratmasınlar. Yol hərəkətində nöqsanlara yol verməsinlər, sevincimizi kədərə çevirməsinlər”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki