image-n1karobka_ads
image-123
image-17534267165994355329_1200x630backend

Yolda zibil atmaq təhlükəlidir – DYP əhaliyə müraciət etdi

image-ad_qayo_720x110px

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti iştirakçılarına müraciət ünvanlayıb.

Doğru.az xəbər verir ki, açıqlamada sürücülərə və sərnişinlərə təkcə sürət və qaydalara deyil, həm də ətraf mühitə münasibətdə məsuliyyətli davranmaq tövsiyə olunub.

Bildirilib ki, nəqliyyat vasitələrindən yola və ya yol kənarına tullantı atmaq yolverilməzdir. Bu cür davranışlar bir sıra təhlükəli və arzuolunmaz nəticələrə səbəb olur:

Yolun çirklənməsi və funksional təhlükəsizliyin pozulması;

Siqaret kötüklərinin quru otluqda yanğına səbəb olması;

Kiçik zibillərin sürüşkənlik və texniki nasazlıq yaratması;

Ekoloji tarazlığa ciddi zərər;

İctimai məsuliyyətsizlik və mədəniyyətin zədələnməsi.

Qurumun yaydığı məlumatda vətəndaşlara xatırladılıb ki, “Təmiz yol – mədəniyyətin, şüurun və məsuliyyətin göstəricisidir. Ətraf mühit bizim ortaq evimizdir. Onu birlikdə qoruyaq!”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki