Yollarda sürət həddi endirildibackend

Yollarda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi aşağı endirilib.

Doğru.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”, – açıqlamada deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki