image-2000x150px
image-123
image-ads_atlas
image-1421110backend

Zakir Həsənov Kəlbəcər və Laçına getdi – Ordunun qışa hazırlığı yoxlanılır – VİDEO

image-728x90px

Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər  və Laçın  rayonları ərazisində dislokasiya olunan hərbi hissələrin qışa hazırlığını yoxlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, hərbi hissələrdə yataqxana və xidməti otaqlar fasiləsiz istilik sistemi ilə təmin edilib, silah və texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub.
Hərbi qulluqçuların ərzaq və isti geyimlə təminatı normaya uyğun şəkildə icra edilib. Yüksək dağlıq və sərt iqlim şəraiti olan ərazilərdə dislokasiya olunan bölmələrə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb.
Qeyd olunub ki, silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yüksək keyfiyyətli yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilərək mürəkkəb və soyuq iqlim şəraitində istismar olunması üçün hazır vəziyyətə gətirilib.
Sərt iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz rejimində fasiləsiz xidmət aparmaq üçün hərbi hissələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılması üçün planlı şəkildə bütün zəruri tədbirlərin həyata keçirildiyi barədə Müdafiə nazirinə məlumat verilib. Məruzə edilib ki, şəxsi heyətin xidməti şəraitinin yaxşılaşdırılması məqsədilə hər növ mebel və inventarla təmin olunmuş yeni modul tipli konteynerlərdən ibarət yaşayış məntəqələrinin quraşdırılması işləri sürətlə davam etdirilir.
Bundan başqa digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə Mühəndis Qoşunlarının bölmələri tərəfindən çətin relyefli ərazilərdə hərəkət yollarının inşa edilməsi və bərpa olunması istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verilib.
Müdafiə naziri Azərbaycan  Ordusunda şəxsi heyətin təzə və yüksək kalorili qida ilə fasiləsiz təmin olunması, yaşayış məntəqələrinin inşa edilməsi üzrə görülən işlərin sürətləndirilməsi və hərbi qulluqçuların sosial-məişət şəraitinin daim yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

DOĞRU.AZ

image-25cd82d6-c2c8-3cc5-ae2b-79873131e562_290 image-75e02b73-5d03-3717-aa4f-894af3ed6e4a_290 image-089fae6d-111a-383c-9176-00a50a108ae6_290 image-1c42e4b3-e206-3c68-a3ef-8ceb39a3612f_290 image-3c69a8c7-f1c9-3ea0-a919-6bbd2a7120a5_290 image-fa98dc6e-58fa-31c9-be08-60bb3e30f53a_290 image-b16a0b67-d0b9-316c-a176-bc5e7bfb8ece_290 image-cb6744dd-65d0-3a27-9a56-2c597f615cf0_290 image-032f722f-5455-3fb9-8f05-58c3a990c2ef_290 image-8c4a19c6-5540-3d05-887c-b21840a0aebe_290 image-e38efd8d-4c03-3624-a140-94bb775613fe_290 image-b67064f8-9d09-3400-b2d5-04e88a076bf3_290

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki