image-2000x150px
image-123
image-ads_atlas
image-28270_wlbvrr35w3backend

Zakir Həsənov Kəlbəcərə getdi – FOTO/VİDEO

image-728x90px

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində yeni inşa edilən bina və təlim sahəsində görülən işlərlə tanış olub.

Nazirlikdən “Doğru.Az“-a verilən məlumata görə, sonra nazirliyin rəhbər heyəti Kəlbəcər rayonunda yerləşən hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Daha sonra general-polkovnik Z.Həsənov hərbi hissənin təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyib. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını müsbət qiymətləndirən nazir onların qayğıları ilə maraqlanıb.

Sonda müdafiə naziri aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki