image-n1karobka_ads
image-123
image-zakirbackend

Zakir Həsənov Liviya Baş nazirinə başsağlığı verib

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Liviya Dövlətinin Baş naziri – müdafiə naziri Abdülhəmid Dibeybəyə başsağlığı verib.

Doğru.az xəbər verir ki, başsağlığı mesajında Türkiyə Respublikasından rəsmi səfərdən qayıdan 9H-DFJ bort nömrəli “Falkon 50” tipli təyyarənin qəzaya uğraması nəticəsində Liviya Dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd Əl Haddadın və digər heyət üzvlərinin həlak olmasının dərin kədər doğurduğu qeyd olunub.

Başsağlığında bildirilib ki, faciəvi qəza zamanı həlak olanların ailələrinin və yaxınlarının kədərinə şərik olunur, onlara Allahdan səbir dilənir.

“Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin”, – deyə başsağlığında vurğulanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki