Noyabrın 8-də Azərbaycan tarixi Zəfərin 5-ci ildönümünü qeyd edir.
Doğru.az xəbər verir ki, 5 il öncə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı bu qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası, xalqımızın birliyi və qəhrəman ordumuzun rəşadəti ilə yadda qalıb.
Tarixi Zəfər həm də Azərbaycan mediasının, QHT-lərin və bütün vətəndaşların milli həmrəyliyini göstərən bir mərhələ olub. Bu gün xalqımız öz qəhrəman oğullarını və şəhidlərini ehtiramla yad edir, qələbənin gətirdiyi yeni imkanlardan faydalanır.
DOĞRU.AZ




























