Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda keçirilməsi planlaşdırılan danışıqlardan atəşkəs və hərbi əsirlərin mübadiləsi ilə bağlı razılaşmaların əldə olunacağına ümid etdiyini bildirib.
Doğru.az xəbər verir ki, bu barədə dövlət başçısı Fransanın “Liberation” nəşrinə müsahibəsində danışıb.
Zelenski danışıqların “siyasi qələbə” ilə nəticələnəcəyinə inandığını vurğulayıb:
“Mən gözləyirəm ki, bu görüş atəşkəs, bütün məhbusların hamı ilə dəyişdirilməsi və ya buna bənzər bir razılaşma ilə yekunlaşsın.”
Qeyd edək ki, daha əvvəl Fransa prezidenti Emmanuel Makron da sülh təşəbbüsləri ilə çıxış edərək, atəşkəsdən sonra Vladimir Putinlə danışıqlara hazır olduğunu açıqlamışdı.
DOĞRU.AZ